Siqaret üstündə 4 nəfər tərəfindən döyülərək bıçaqlandı

12:34 - 7 Aprel 2024

Siqaret üstündə 4 nəfər tərəfindən döyülərək bıçaqlandı

Bakının Xəzər rayonunda 4 nəfərin hücumuna məruz qalan şəxs bıçaqlanıb.
 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü, Lerik rayon sakini Məmmədov Raul Ağababa oğlu küçədə gedərkən ona 4 nəfər tanımadığı şəxs yaxınlaşaraq döyüblər.

Dava zamanı tanımadığı şəxslər ona bıçaq xəsarətləri yetiriblər.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki tərəfli döş qəfəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Raul Məmmədov açıqlamasında deyib ki, mübahisə siqaret üstündə düşüb.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin