"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK

16:43 - 29 Mart 2024

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Məlumata görə, "WhatsApp" çatlar siyahısında yeni bölmə təqdim edəcək. Bu bölmədə söhbətə başlamaq üçün ünvan kitabçasından təklif olunan yeni kontaktlar göstəriləcək və yeni söhbətlərin başlaması asanlaşdıracaq.

Mütəxəssislərin fikrincə, istifadəçilər yeni qarşılıqlı əlaqə üçün təkliflər almamağa üstünlük verərsə, yeni bölmə istənilən vaxt parametrlərdə silinə bilər. Yeni funksiya inkişaf mərhələsindədir. Onun Android cihazları üçün gələcək proqram yeniləməsində mövcud olacağı gözlənilir.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin