Küçük İbo illər sonra ortaya çıxdı - Yeni peşəsi hər kəsi təəccübləndirdi

16:18 - 29 Mart 2024

Küçük İbo illər sonra ortaya çıxdı - Yeni peşəsi hər kəsi təəccübləndirdi

Türkiyədə 90-cı illərin sonlarına doğru çəkildiyi serial və filmlərlə dövrünün kiçik ulduzlarından birinə çevrilməyi bacaran Küçük İbonun yeni peşəsi hər kəsi təəccübləndirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məlahətli səsi ilə İbrahim Tatlısəsin taxtına namizəd olan Küçük İbo hazırda bir künefe salonu işlətdiyini bildirib.

Əsl adı Halil İbrahim Küçük olan müğənni "Vaxtaşırı gedirəm. Daha çox musiqiyə diqqət yetiririk. Öz qaydamda yaşamağa çalışıram" deyib”.

Qeyd edək ki, Küçük İbo 12 yaşında çıxardığı albomla məşhurlaşıb. Məşhur olduğu zaman televiziya proqramlarının sevimli qonağı olan Küçük İbonun Hülya Avşarın qucağına oturtduğu və onu sevdiyi anlar çox danışılıb. Müğənni 21 mart 1984-cü ildə Şanlıurfada anadan olub. İbonun hazırda 39 yaşı var.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin