Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu

10:44 - 29 Mart 2024

Xabi Alonsonun

"Bayer 04" klubunun baş məşqçisi Xabi Alonso Leverkuzen komandasının baş məşqçisi postunda qala bilər.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İspaniyalı mütəxəssisin növbəti mövsümün sonuna kimi komanda ilə işləməyə davam edəcəyi ehtimal edilir.

Bundan əvvəl mediada "Bayern" (Münhen) Alonsonu heyətinə cəlb etmək üçün çalışdığı barədə məlumatlar yayılmışdı.

Həmçinin bildirilirdi ki, son həftələrdə ispaniyalı mütəxəssis "Bavariya"ya keçmək variantını düşünməyə başlayıb.

Xatırladaq ki, Xabi Alonso 2022-ci ildə "Bayer Leverkuzen"nin sükanı arxasına keçib. Bu mövsüm Almaniya çempionatında 26 turdan sonra ispan mütəxəssisin rəhbərliyi altında "Bayer" 70 xalla turnir cədvəlinə başçılıq edir.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin