Cənubi Afrikada avtobus dərəyə yuvarlandı: 45 nəfər öldü

10:13 - 29 Mart 2024

Cənubi Afrikada avtobus dərəyə yuvarlandı: 45 nəfər öldü

Cənubi Afrikada sərnişin avtobusu xəndəyə yuvarlanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə nəticəsində nəqliyyat vasitəsində olan 46 nəfərdən 45-i ölüb, 8 yaşlı uşaq isə ağır yaralarla qəzadan sağ çıxıb.

Bildirilib ki, avtobus qonşu ölkə Botsvanadan Cənubi Afrikanın Limpopo əyalətinin Moriya şəhərinə gedərkən körpüdən uçuruma düşüb.

Açıqlamada, sürücünün idarəetməni itirərək körpüdəki maneələrə çırpılması nəticəsində avtobusun körpünün üstündən keçərək uçuruma yıxıldığı və orada alovlandığı iddia edilib.

Əfsanə Rəcəb

Manşet.az

 



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin