Livanın baş naziri Meloni əvəzinə təyyarədən enən başqa qadını öpdü - VİDEO

09:48 - 29 Mart 2024

Livanın baş naziri Meloni əvəzinə təyyarədən enən başqa qadını öpdü - VİDEO

İtaliyanın baş naziri Giorgia Meloni Livana rəsmi səfər edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İtaliya liderini hava limanında qarşılayan Livanın Baş naziri Necip Mikati, təyyarədən enən italyan diplomatı Meloni ilə səhv salaraq qucaqlayıb və öpüb.

Mikati müşavirlərinin xəbərdarlığından sonra səhvini düzəldib və Meloninin təyyarədən enməsini gözləyib.

Bir müddət sonra Mikati təyyarənin pilləkənlərində Meloni ilə salamlaşıb.

Həmin anlar saniyə-saniyə kameralara düşüb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin