Gəncədə yaşayış binası yanır - VİDEO

23:27 - 28 Mart 2024

Gəncədə yaşayış binası yanır - VİDEO

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

 

Manset.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub.

İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam edir.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin