Simonyan Sahibə Qafarova ilə görüşündən danışdı

23:20 - 28 Mart 2024

Simonyan Sahibə Qafarova ilə görüşündən danışdı

Ermənistan parlamentinin spikeri Alen Simonyan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündən danışıb.

 

Manset.az erməni mətbuatına istinadən xəbər verir ki, o, parlament səviyyəsində təmasların başlanması barədə qərar qəbul edildiyini bildirib.

Simonyan deyib ki, ilkin razılığa əsasən, görüş mayın ortalarında baş tutacaq.

Xatırladaq ki, Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.

Aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib

Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin