“ABŞ terrorla bağlı Moskvaya öncədən xəbərdarlıq edib”

00:27 - 29 Mart 2024

“ABŞ terrorla bağlı Moskvaya öncədən xəbərdarlıq edib”

“ABŞ Moskvadakı terror baş verməzdən öncə Rusiyaya hücumla bağlı yazılı xəbərdarlıq edib”

 

Manset.az  “Reuters”ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Ağ Ev rəsmisi Rusiyanın həmin hücumda ABŞ-nin iştirakı ilə bağlı ittihamlarını “cəfəngiyyat” adlandırıb.

Kirbi bildirib ki, ABŞ Rusiya təhlükəsizlik xidmətlərinə Moskvadakı böyük yığıncaqlara ekstremistlərin hücumu ilə bağlı yazılı xəbərdarlıq edib ki, bu da əvvəlcədən verilən çoxsaylı xəbərdarlıqlardan biridir:

“Martın 7-də Moskva vaxtı ilə saat 11:15-də biz adi prosedurlara uyğun olaraq və ABŞ-nin əvvəlki hökumətinin dəfələrlə istifadə etdiyi kanallar vasitəsilə Rusiya xüsusi xidmət orqanlarına dəqiq və ətraflı yazılı xəbərdarlıq göndərmişdik”. 


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin