Azyaşlılara siqaret satan şəxslər məsuliyyətə cəlb edildilər

20:10 - 28 Mart 2024

Azyaşlılara siqaret satan şəxslər məsuliyyətə cəlb edildilər

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazalarda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması faktları aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, mağaza satıcıları ilə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin