Bu şirkət uşağı olan işçilərinə 75 min dollar verəcək

16:55 - 28 Mart 2024

Bu şirkət uşağı olan işçilərinə 75 min dollar verəcək

Cənubi Koreyada yerləşən tikinti Booyoung Group şirkəti ölkədə aşağı doğum səviyyəsi ilə mübarizə aparmaq üçün işçilərinə maraqlı təklif edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şirkət keçirdiyi mətbuat konfransında işçilərinə hər dəfə uşaq dünyaya gətirdiklərinə görə 75 min dollar verəcəyini açıqlayıb.

Şirkət hər uşaq dünyaya gələndə 100 milyon Koreya vonu və ya 75 min dollar ödəməyi planlaşdırdıqlarını bildirib.

Şirkət həmçinin əlavə edib ki, 2021-ci ildən bəri ümumilikdə 70 uşaq dünyaya gətirən işçilərə ümumilikdə 7 milyard Koreya vonu və ya 5,25 milyon dollar pul ödəyəcək.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin