Bakı sakininin telefon və çantası talandı - FOTO/VİDEO

16:09 - 28 Mart 2024

Bakı sakininin telefon və çantası talandı - FOTO/VİDEO

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb.

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin