Ukraynada ABŞ-nin "Abrams" tankı vuruldu - ANBAAN VİDEO

15:37 - 28 Mart 2024

Ukraynada ABŞ-nin

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinə (AFU) verilmiş beşinci "M1 Abrams" tankını vurub.

 

Manset.az xəbər verir ki, bu barədə görüntünü Orlovsk vilayətinin qubernatorunun müşaviri Sergey Lejnev öz teleqram kanalında yayımlayıb.

Video Berdiçi kəndi yaxınlığında lentə alınıb. Görüntülərdə "Abrams" tankının kamikadze tipli pilotsuz uçuş aparatı tərəfindən hədəfə çevrilməsi öz əksini tapıb.

Qeyd edək ki, martın 20-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2024-cü ilin əvvəlindən Rusiya ordusunun ümumilikdə doqquz “Abrams” və “Leopard” tankını məhv etdiyini açıqlayıb.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin