Dünyadakı hər kəs 1 saniyə itirəcək

14:17 - 28 Mart 2024

Dünyadakı hər kəs 1 saniyə itirəcək

Qlobal istiləşməsi və buzların əriməsi Yerin fırlanmasının daha da sürətlənməsinə səbəb olacaq.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bununla Yerin vaxtı 1 saniyə sürətlənəcək.

Beləki, günlərimizi təyin edən saatlar və dəqiqələr Yerin fırlanması ilə müəyyən edilir. Lakin bu fırlanma sabit deyil. O, Yerin səthində və onun ərimiş nüvəsində baş verənlərdən asılı olaraq bir qədər dəyişə bilər.

Bu kiçik bir dəyişiklik kimi görünə bilər, lakin hesablama sistemlərinə böyük təsir göstərə bilər.

Fransadakı Beynəlxalq Çəki və Ölçülər Bürosunun Vaxt Departamentinin məlumatına görə, tezliklə 1 saniyənin çıxarılması lazım gələcək.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin