Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SƏRƏNCAM
27 Aprel 2024
09:37 - 28 Mart 2024
Ramazanda ən çox verilən suallardan biri də Qədr gecəsi ilə bağlıdır. Əksər İslam alimləri Qədr gecəsinin Ramazanın son 10 gününə təsadüf etdiyini vurğulayırlar. Bu Gecənin fəziləti haqqında Qurani-Kərimin “Qədr” surəsində ətraflı bəhs edilir. Hətta bu gecənin Allah qatında min aydan xeyirli olduğu vurğulanır.
Məhəmməd Peyğəmbər (s) buyurub: "Qədr gecəsini Ramazanın son on gecəsinin tək gecələrində - ayın axırına doqquz, yaxud yeddi, yaxud da beş (gecə) qalmış axtarın".
Qədr gecələrində müsəlmanların ayıq-sayıq qalıb ibadət etdiklərinə görə bu gecələrə həm də “əhya gecələri” deyilir. Qeyd edək ki, “əhya” – ərəb dilində oyaq, diri qalmaq mənasını daşıyır.
Peyğəmbər (s) həmin gecənin dəqiq vaxtını bizə söyləməyib. Bunda məqsəd yəqin ki, daha çox əhya saxlamaq və Allaha ibadət etməkdir.
Xatırladaq ki, bu il Orucluq martın 11-də başlayıb.
Qədr gecəsi Allahın kitabının - Quranın nazil olduğu gecədir.
Manset.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin bu il üçün tərtib etdiyi Ramazan təqviminə görə, Qədr gecələri martın 28-nə, 30-na, aprelin 1-nə və 5-nə düşür.
Aprelin 10-u və 11-i Fitr bayramıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin