Azərbaycanda sabiq nazir VƏFAT ETDİ

22:21 - 27 Mart 2024

Azərbaycanda sabiq nazir VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi.

 

Manset.az xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb. (Trend)



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin