Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan

20:30 - 27 Mart 2024

Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan

Rusiyada baş verən terror aktının bənzərini hər gün Türkiyədə törətmək istəyənlər var.

 

Manset.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə çıxışında deyib.

"Şükürlər olsun ki, PKK-nı öz sərhədlərimiz daxilində hərəkət edə bilməyəcək hala gətirdik. Təhlükəsizliyimizi, dincliyimizi, əmin-amanlığımızı, sabitliyimizi, firavanlığımızı pozmağa cəhd edənlərə heç vaxt yol vermədik və verməyəcəyik", - Ərdoğan vurğulayıb.

Xatırladaq ki, ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"da törədilən terror aktı nəticəsində 140 nəfər ölüb, 360 nəfər xəsarət alıb.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin