Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO

17:46 - 27 Mart 2024

Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO

Ukrayna Təhlükəsizlik Xidmətinin kibermütəxəssisləri üç regionda ölkənin müdafiə qüvvələrinin hərbi hissələrinə, enerji və telekommunikasiya obyektlərinə raket hücumları hazırlayan Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) agentlərini ifşa ediblər.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən məlumat verilib.

“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahını mühafizə edən ordu bölmələri, Poltava vilayətindəki Müdafiə Qüvvələri haqqında məlumatlar, eləcə də Kiyev televiziya qülləsi və paytaxtın istilik-elektrik stansiyası agentlərin xüsusi diqqət mərkəzində olub”, - deyə məlumatda bildirilib.

Agentlər əvvəlcə Ukrayna hərbi bazalarının yerləşdiyi yerləri tapmağa, sonra isə hava hücumlarının tənzimlənməsi üçün müvafiq koordinatları Rusiyaya göndərməyə çalışıblar. Gizli şəkildə kəşfiyyat məlumatlarını toplamaq üçün rusiyalı agentlərdən biri Ukrayna Müdafiə Qüvvələrinin bölmələrini qida ilə təchiz edən Odessa şirkətinə ekspeditor kimi işə düzəlib.

Digər agent Kiyev teleqülləsinin 2022-ci ilin martında atəşə tutulduqdan sonra texniki vəziyyəti barədə məlumat toplayıb. O, həmçinin paytaxtın böyük bir hissəsini elektrik və istilik enerjisi ilə təmin edən istilik-elektrik stansiyalarından birinin fotolarını da çəkib.

Mövcud məlumatlara görə, bu informasiyalar yerli istilik elektrik stansiyasına və televiziya qülləsinə təkrar hücumların tənzimlənməsi və ya yeni hücumların həyata keçirilməsi barədə qərar qəbul etmək üçün lazım olub.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin