Kral abidəsi önündə mini ətəklə poza verən model 5 il həbs cəzası ilə qarşı-qarşıya

17:26 - 27 Mart 2024

Kral abidəsi önündə mini ətəklə poza verən model 5 il həbs cəzası ilə qarşı-qarşıya

Taylandda 22 yaşlı model Pim Apatsara martın 24-də Buriram əyalətində Kral I Ramanın heykəlinin qarşısında mini ətəyində pozalar verib.

 

Manset.az-ın xarici medfiaya istinadən məlumatına görə, fotosuna görə reaksiyalara səbəb olan model vətəndaşların şikayəti əsasında saxlanılıb.

5 il həbs cəzası ilə üzləşən model daha sonra üzr istəmək üçün heykəlin qarşısında baş əyərkən çəkilmiş şəklini yayımlayıb.

Pim məqsədinin vilayətin imicinə və ya kral namusuna xələl gətirəcək bir şey etmək olmadığını ifadə edib.

İfadəsi alındıqdan sonra sərbəst buraxılan modelin günahı sübuta yetirilərsə, onu 5 il həbs cəzası gözləyir.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin