“Crocus City Hall”da terror zamanı ölənlərin sayı artdı

16:43 - 27 Mart 2024

“Crocus City Hall”da terror zamanı ölənlərin sayı artdı

Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib ki, "Crocus City Hall"da törədilən terror aktı nəticəsində ağır vəziyyətdə olan qurbanlardan biri ölüb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə TASS məlumat yaylb.

Səhiyyə Nazirliyi rəhbərinin sözlərinə görə, terror aktının qurbanlarından 80-i, o cümlədən altı uşaq Moskva xəstəxanalarında qalır.

Muraşko əlavə edib ki, 23 xəstə xəstəxanada müalicəsini başa vurur və evə buraxılmağa hazırlaşır.

Beləliklə, "Crocus"da törədilən terror aktı nəticəsində ölənlərin sayı 140-a yüksəlib.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin