Məşhur şirkətdən polisə reaksiya: “Oyuncaqlarımızdan istifadə etməyin”

14:42 - 27 Mart 2024

Məşhur şirkətdən polisə reaksiya: “Oyuncaqlarımızdan istifadə etməyin”

Məşhur oyuncaq şirkəti Lego ABŞ-ın Kaliforniya ştatında yaxalanan cinayətkarların fotoşəkillərinə oyuncaqların şəkillərini montaj edən polisə etiraz edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kaliforniya polisi cinayətkarların şəkillərinin paylaşılmasını məhdudlaşdıran qanuna əsasən onların fotolarına “kukla” başları taxıb.

Şirkət şübhəlilərin başına Leqo oyuncaqlarının taxılmasından narahat olduğunu bildirib.

ABŞ polisi də müəllif hüquqlarının pozulması səbəbiylə Leqonun etirazını qəbul edib və cinayətkarların fotolarını paylaşarkən yeni üsullar axtardıqlarını açıqlayıb.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin