DİQQƏT! Banan adı ilə aldığımız meyvə "afrika kartofu" imiş

08:05 - 26 Mart 2024

DİQQƏT! Banan adı ilə aldığımız meyvə

Banan çoxlarının sevdiyi meyvədir. Onu öz cinsindən olan plantainlə tez-tez qarışıq salırlar.

 

Manset.az  lent.az-a istinadən banan və plantainin fərqi barədə məlumat verir.

Banan daha sarı, ətirli, yumşaq və şirin olur. Forması qövsvaridir, çiy yeyilir. 

Plantain isə bir qədər yaşıla çalan, daha düz, bərk və uzun formada olur. Onlara bəzən bişirilən banan da deyirlər. Plantain Qərbi və Mərkəzi Afrikada, Karib adalarında, Mərkəzi Amerikada, eləcə də Cənubi Amerikanın şimalında əsas qida maddəsidir. Yeməklərdə kartof əvəzinə istifadə olunur. Plantainin dadı şit, kalorisi isə banandan daha çoxdur. Ondan dadlı mürəbbə də bişirilir.

Alarkən dediyimiz əlamətlərə diqqət edin ki, evinizə banan əvəzinə "afrikalı kartof" aparmayasınız.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin