Bakıda küçədə aşkarlanan uşaq tibb məntəqəsinə yerləşdiriləcək - FOTO

21:19 - 15 Oktyabr 2021

Bakıda küçədə aşkarlanan uşaq tibb məntəqəsinə yerləşdiriləcək - FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda uşaq baxımsızlığı nəticəsində küçədə aşkarlanan uşaqla bağlı növbəti məlumat yayıb.

Manşet.az-ın məlumatına görə, qurumun mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aidiyyəti qurumlarla birgə həyata keçirdiyi səlahiyyətləri çərçivəsində uşaq və anası tapılıb.

Onun sözlərinə görə, hazırda azyaşlının müalicə üçün tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq işlər aparılır.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin