Şüvəlanda sursat aşkarlanıb - Video

12:21 - 25 Mart 2024

Şüvəlanda sursat aşkarlanıb - Video

Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində sursat aşkar edilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 132 ədəd 7.62x9 mm-lik mərmi, 1 ədəd tüstülü şaşka və 2 ədəd Kalaşnikov markalı avtomatın darağı olduğu müəyyən olunub.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.



Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin