Aqil Qurbanova vəzifə verildi - FOTO

17:28 - 19 Mart 2024

Aqil Qurbanova vəzifə verildi - FOTO

Martın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.

 

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Məlumata görə, toplantıda Müşahidə Şurasının sədri Aqil Qurbanov, Şuranın üzvləri Hidayət Əzimov və Anar Məmmədov iştirak ediblər.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 sentyabr tarixli Fərmanından irəli gələn tapşırıqların icra statusu və "Azərsilah" Müdafiə Sənayesi Holdinqi"nin 2024-cü il üçün fəaliyyət istiqamətləri üzrə planları dinlənilərək müvafiq qərarlar qəbul edilib.



Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin