“Pəncə-Kilit” əməliyyatı: 6 PKK-çı məhv edildi

16:43 - 19 Mart 2024

“Pəncə-Kilit” əməliyyatı: 6 PKK-çı məhv edildi

Türkiye Milli Müdafiə Nazirliyi “Pəncə-Kilid”" əməliyyatı bölgəsində 1 əsgərin şəhid olduğunu açıqlayıb. 

 

Manset.az TRT aber-ə istinadən xəbər verir ki,  nazirlikdən verilən açıqlamada “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin həyata keçirdikləri hücum nəticəsində 1 əsgərin şəhid olduğunu, 4 əsgərin yaralandığını, 6 terrorçunun isə zərərsizləşdirildiyini qeyd edilib.

Bölgədə əməliyyatların davam etdiyi bildirilən açıqlamada “Bizə dərin ağrı və hüzn verən bu hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türkiye Silahlı Qüvvələrinə başsağlığı və səbr, yaralanan şəxsi heyətimizə tezliklə şəfa diləyirik” deyilib.

Jalə

Manşet.az


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin