Bəzi bölgələrə yağış və qar yağır - FAKTİKİ HAVA

16:19 - 19 Mart 2024

Bəzi bölgələrə yağış və qar yağır - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən fakitiki hava açıqlanıb.

 

Manset.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi ərazilərə yağış, bəzilərinə qar yağır.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Gədəbəy, Xaltan, Qrız, Şahdağda qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR və  Aran rayonlarında 11, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta qeydə alınıb.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin