NATO-nun baş katibi Stoltenberq Ermənistana səfər edib

16:16 - 19 Mart 2024

NATO-nun baş katibi Stoltenberq Ermənistana səfər edib

NATO-nun baş katibi Yens Stoltenberq Qafqaz səfəri çərçivəsində Gürcüstandan sonra Ermənistanın paytaxtı İrəvana gedib.

 

Manset.az xarici KİV-ə istindən xəbər verir ki, Stoltenberq Ermənistanla təmasları çərçivəsində baş nazir Nikol Paşinyanla görüşüb. Onun Ermənistan prezidenti Vaaqn Xaçaturyanla da görüşü gözlənilir.

Stoltenberq Qafqaz səfəri çərçivəsində martın 17-18-də əvvəlcə Azərbaycanda, sonra isə Gürcüstanda olub və müxtəlif görüşlər keçirib.

Jalə

Manşet.az


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin