Əhaliyə XƏBƏRDARLIQ - Martın 20-si gecə 3-dən etibarən...

15:07 - 19 Mart 2024

Əhaliyə XƏBƏRDARLIQ - Martın 20-si gecə 3-dən etibarən...

Sabah paytaxt Bakıda zəif və az səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq.

 

Manset.az xəbər verir ki, zəif səviyyəli qasırğa bu gecə saat 3-dən etibarən hiss edilməyə başlayacaq, səhər saat 9-a qədər davam edəcək.

Həmçinin, martın 20-si günorta 12:00-da az səviyyəli geomaqnit qasırğası başlayacaq, 15:00-a qədər davam edəcək. Saat 18:00-da səngiyəcək.

Geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin