Qarabağ Universitetində iş üçün neçə nəfər müraciət edib? - Rəsmi AÇIQLAMA

09:52 - 19 Mart 2024

Qarabağ Universitetində iş üçün neçə nəfər müraciət edib? - Rəsmi AÇIQLAMA

Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə “Qarabağ Universiteti” yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.

 

Universitetin yaradılmasından məqsəd işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri nəzərə alınaraq regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsidir. Universitetin Nizamnaməsinə əsasən, ali təhsilin bütün səviyyələri üzrə genişprofilli mütəxəssislərin və yüksəkixtisaslı elmi kadrların hazırlanması, eləcə də orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi və elmin müxtəlif sahələri ilə bağlı tədqiqatların aparılması universitetin fəaliyyət istiqamətlərinə aid edilib.

Artıq ali təhsil müəssisəsində işləmək istəyənlər üçün vakansiya elan edilib. Mərkəz direktoru, ingilis dili müəllimi və proqram rəhbəri kimi işlər üzrə işçi axtarılır.

Bəs vakasiyalara nə qədər şəxs müraciət edib?

Manset.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərib.

Qurumdan sorğuya cavab olaraq bildirilib ki, indiyədək 1538 nəfər proqram rəhbəri vakansiyasına müraciət edib.

"1000-dən çox müraciət ali təhsil üzrə təcrübəsi olmayan namzidələrə aiddir və qalanlardan cəmi 82 müraciət proqram rəhbəri vəzifəsinin tələblərinə uyğundur. Eyni zamanda müraciətçilərin bir qisminin sənədlərində yetərsizliklər olduğundan əlavə sənədlərin təqdim olunması üçün onlara sorğu göndərilib", - açıqlamada deyilir.

Nazirlik bildirib ki, digər iki vakansiya üzrə isə 102 müraciət daxil olub.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin