Dərsdən sonra məktəblilər dalaşdı - Biri digərini bıçaqladı (VİDEO)

09:13 - 19 Mart 2024

Dərsdən sonra məktəblilər dalaşdı - Biri digərini bıçaqladı (VİDEO)

Sumqayıtdan Kürdəmirə gələn qonaq bıçaqlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, bu gün (dünən) saat 11 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində 2008-ci il təvəllüdlü şəxsin kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Hadisəni törədən 2010-cu il təvəllüdlü bir nəfər müəyyən edilərək saxlanılıb.

Bıçaqlanan məktəblinin nənəsi Məlahət Nurməmmədova Baku TV-yə bildirib ki, nəvəsinə 13 bıçaq zərbəsi endirilib: "Uşağı küçənin ortasına ataraq gedib. Qonşu zəng edib ki, uşaq yerdə qalıb".

Məktəblinin babası Sadəli Nurməmmədov isə qeyd edib ki, hadisə dərsdən sonra baş verib.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin