Braziliyada “hiss olunan temperatur” rekordu qırılıb: 60,1 dərəcə

21:45 - 18 Mart 2024

Braziliyada “hiss olunan temperatur” rekordu qırılıb: 60,1 dərəcə

Braziliyanın Rio-de-Janeyro şəhərində hiss olunan temperaturun 60,1 dərəcəyə yüksəlməsi ilə ölkədə indiyədək ən yüksək “hiss olunan temperatur” qeydə alınıb.

 

Manset.az bu barədə Braziliya mətbuatında Rio de Janeyro Xəbərdarlıq Sisteminə istinadən xəbər verir ki, bütün zamanların ən yüksək temperatur rekordu martın 16-da Rio de Janeyro şəhərində qeydə alınıb.

Şəhərin qərbində hiss edilən 60,1 dərəcə isti, 2023-cü il noyabrın 18-də hiss edilən 59,7 dərəcəni keçərək rekordlar qırıb.

Mütəxəssislər "El Nino"nun yaratdığı hava hadisələri ilə əlaqədar ölkənin bəzi bölgələrində temperatur rekordlarının ola biləcəyini bildirmişdilər.

Jalə

Manşet.az


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin