Benzia 5 il yarım sonra milliyə çağırıldı

07:49 - 19 Mart 2024

Benzia 5 il yarım sonra milliyə çağırıldı

“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair millisinə çağırılıb.

 

Manset.az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, martın 23-də Boliviya, 27-də isə CAR-la yoldaşlıq matçları üçün milliyə dəvət alıb. 29 yaşlı yarımmüdafiəçinin Ağdam təmsilçisində uğurlu çıxışından sonra futbolçu 5 il yarımdan sonra ilk dəfə millinin heyətində yer alıb. 

Qeyd edək ki, Y.Benzia sonuncu dəfə 2018-ci ilin noyabrında Əlcəzair yığmasına çağırılmışdı.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin