“Novruz bayramı Azərbaycanda” adlı rəsm sərgisi keçirilib - FOTOLAR

18:10 - 18 Mart 2024

“Novruz bayramı Azərbaycanda” adlı  rəsm sərgisi keçirilib - FOTOLAR

YAP Yasamal rayon təşkilatı və Beynəlxalq Qalereya ilə birgə Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində “Novruz bayramı Azərbaycanda” adlı rəsm sərgisi təşkil olunub.

 

Manset.az-ın məlumatına görə, sərgidə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, YAP Yasamal rayon təşkilatının əməkdaşları, müxtəlif yaş qrupundan olan rəssamlar və rayon ictimaiyyəti iştirak edir.
Müxtəlif növ və zəngin rəsm əsərlərindən təşkil olunan sərgiyə baxış keçirilib.

Çıxış edən Yap Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu da növbəti il ərzində qarşımıza ətraf mühitlə, yaşıl inkişafla bağlı yeni gündəlik qoyub. "Azərbaycan 2030" Milli Prioritetlər sənədində 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edildiyini diqqətə çatdıran Bəxtiyar Nəbiyev həmin prioritetin özünün də yüksəkkeyfiyyətli ekoloji mühit və yaşıl enerji siyasəti baxımınından mühüm əhəmiyyətə malik olmasını vurğulayıb. Sərəncamda da qeyd olunur ki, Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin göstərilməsi, eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı aparılan işlər çox yüksək qiymətləndirilir. Elə məhz bu məqamda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29-un) Azərbaycanda keçirilmə qərarı dünya ictimaiyyətinin Azərbaycana, ölkəmizin bu sahədə gördüyü işlərə verdiyi yüksək qiymət kimi dəyərləndirilməlidir. Ölkəmizdə hər il qeyd olunan Novruz bayramının da əhəmiyyətindən bəhs edən təşkilat sədri vətənimizin ən əziz və doğma bayramı olan Novruzun rəsmi dövlət səviyyəsində təşkil edilməsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmasını və bu gün bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsini qeyd edib. Çıxışının sonunda Bəxtiyar Nəbiyev sərgi iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib.
Çıxış edən  Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova Yaşıl dünya naminə həmrəylik ili və Novruz bayramının əhəmiyyətindən bəhs edərək sərgi iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edib.
Çıxışlardan sonra müxtəlif yaş qruplarından olan rəssamlara diplomlar təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.
 



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin