Qaradağda Novruz şənliyi keçirildi - Fotolar

17:59 - 18 Mart 2024

Qaradağda Novruz şənliyi keçirildi - Fotolar

Qaradağ rayonu Lökbatan qəsəbəsi Heydər Əliyev parkında Novruz bayramı geniş qeyd olunub.

 

Manset.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhid ailələri, qazilər və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon rəhbərliyini qarşılayan Bahar qızı hamını Novruz bayramının gəlişi münasibətilə təbrik edib. Sonra ənənəyə uyğun olaraq S. Mikayılov rayon ağsaqqalları və Vətən müharibəsi qaziləri ilə birgə bayram tonqalını yandırıb.

 İcra başçısı hamını bu gözəl bayram münasibətilə təbrik edib, xoş arzularını bildirib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da ulu öndərin qoyduğu ənənələri davam etdirərək xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görürlər”.

Öz yaradıcılıq nümunələrini əhaliyə təqdim edən məktəb, bağça və mədəniyyət müəssisələri bayram gəzintisinə çıxanları Novruz şirniyyatlarına qonaq ediblər.

Tədbir bayram konserti  ilə davam edib.



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin