ABŞ-dan İsrailə 35 min ton sursat göndərildi

17:30 - 18 Mart 2024

ABŞ-dan İsrailə 35 min ton sursat göndərildi

İsrailin Qəzza zolağına hücumuna başladığı 7 oktyabrdan bu yana əksəriyyəti ABŞ-dan olmaqla 35 min ton silah və sursat daşındığı məlum olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə “İsrail Hayom” qəzeti xəbər dərc edib.

Qəzet 7 oktyabrdan bəri müxtəlif ölkələrdən 300-dən çox təyyarə və 50-yə yaxın gəmi ilə İsrailə 35 min ton silah və sursatın gəldiyini yazıb.

Qeyd olunub ki, İsrailin əsas silah tədarükçüsü ABŞ olub və olmaqda davam edir, silah tədarükünün kiçik bir hissəsinin isə bəzi digər ölkələrdən olduğu bildirilir.

Bildirilib ki, sözügedən silah daşınması ABŞ-ın Qəzza zolağına hücumlarını davam etdirən İsrail ordusuna açıq dəstəyinin sübutu olmaqla yanaşı, şimal cəbhəsində Hizbullaha qarşı müharibə hazırlığını da dəstəkləyir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin