Tbilisi ilə Bakını səhv saldı - VİDEO

17:22 - 18 Mart 2024

Tbilisi ilə Bakını səhv saldı - VİDEO

Gürcüstanda səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında çıxışı zamanı Tbilisi ilə Bakını səhv salıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin an Gürcüstanın Baş naziri İrakli Kobaxidze Stoltenberqin yanında olub. 

“Yenidən Bakıya qayıtmaq və burada olmaq xoşdur. Çünki bu bizim Gürcüstan və NATO arasında tərəfdaşlığı necə yüksək qiymətləndirdiyimizi göstərir”, - deyə Baş katib qeyd edib.

Bildirilir ki, bununla belə, Stoltenberqin səhvini heç kəs düzəltməyib. 

Xatırladaq ki, Stoltenberq martın 17-18-də Azərbaycanda səfərdə olub və bu gün Gürcüstana gedib. O, Gürcüstandan Ermənistana səfər edəcək.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin