Azərbaycanda bazarları bölüşdürmək istəyənlərin qarşısı alındı

17:06 - 18 Mart 2024

Azərbaycanda bazarları bölüşdürmək istəyənlərin qarşısı alındı

Azərbaycanda bazarları bölüşdürmək istəyənlərin qarşısı alınıb.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Antiinflyasiya tədbirləri və onun iqtisadi nəticələrinə dair xüsusi bülleten”də deyilir.

Qeyd edilib ki, daxili bazarda sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi olaraq nəzarət və monitorinq tədbirləri həyata keçirilib.

Elektron monitorinq sisteminin qurulması və qiymət monitorinqinin daha optimal vəziyyətə gətirilməsi istiqamətində müvafiq işlər görülmüşdür. Elektron monitorinqin əsas məqsədi uzunmüddətli dövrdə qiymətlərin izlənilməsinin daha operativ və şəffaf həyata keçirilməsinin, kağız daşıyıcılardan istifadənin azaldılmasının və ya tamamilə ləğv edilməsinin, digər informasiya sistemlərinə və ehtiyatlarına inteqrasiya edilməklə məlumatların əldə olunmasının və monitorinqinin əhatə dairəsinin genişləndirilməsinin təmin edilməsidir.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin