Ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs tutuldu - VİDEO

18:00 - 18 Mart 2024

Ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs tutuldu - VİDEO

Nizami və Nərimanov rayonlarında naməlum şəxs ayrı-ayrı vaxtlarda dörd avtomobili talayaraq pul vəsaiti, mobil telefonlar, şəxsi əşyalar və nəqliyyat vasitələrinin ehtiyat hissələrini oğurlayıb. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsi (PŞ) əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alim Mahmudov saxlanılıb.

 

DİN-dən Manset.az-a verilən məlumata görə, saxlanılan şəxsin paytaxtda yerləşən mağazalardan birində quraşdırılan ödəmə terminalındakı pul vəsaitini, eləcə də bir ədəd velosiped oğurladığı da müəyyən olunub. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir. 

 


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin