Paşinyanı dediyi sözə peşman etdilər: Qorxusundan həyatının səhvini etdi – VİDEO

15:17 - 18 Mart 2024

Paşinyanı dediyi sözə peşman etdilər: Qorxusundan həyatının səhvini etdi – VİDEO

“Rəsmi Bakının sülh və təhlükəsizlik üzərində qurulmuş postmüharibə konsepsiyası ortadadır və Ermənistan ən azı iki dəfə 2022-ci ilin oktyabrında Praqada, 2023-cü ilin mayında Rekyavikdə Paşinyanın etirafları ilə bu konsepsiyanı rəsmən məqbul qarşıladığını ortaya qoyub. Lakin gəlin, görək sonra nə baş verdi?” 

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Həftə” analitik-informasiya proqramın müəllifi və aparıcısı Rövşən Məmmədov bildirib. 

O qeyd edib ki, Paşinyanın sözlərinin reallığa çevirilməsinə imkan vermədilər: 
“Bir tərəfdən Fransa başda olmaqla bəzi Avropa dövlətləri, digər tərəfdən beynəlxalq mərkəzlər, üçüncü tərəfdən də mayası terrorla yoğrulmuş erməni diasporu konkret - ASALA və Daşnaksutyun kimi terror təşkilatları Paşinyanın üzərinə elə hücuma keçdilər ki, hətta Nikolun oğlunu belə oğurlamağa cəhd göstərdilər. Yazıq Baş nazir sözlərini geri götürdü. Daha sonra da “səhvlərini” düzəltməyə çalışdı”. 
 
Eyni zamanda Rövşən Məmmədov ədalətin bərpasının Azərbaycan modelindəki yerindən də danışıb. O, əsas diqqətin mülki əhali arasında itkinin olmaması və separatçılar təslim olan kimi əməliyyatın dayandırılmasına yönəldiyini vurğulayıb.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin