“Yargı” serialındakı səhnə müzakirələrə səbəb oldu

14:30 - 18 Mart 2024

“Yargı” serialındakı səhnə müzakirələrə səbəb oldu

Türkiyədə izlənmə rekordları qıran “Yargı” serialının dünən axşam yayımlanan bölümü reaksiyalara səbəb olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, serialda polis Erenin qızı Tuğçenin iş üçün getdiyi evdə toplu təcavüzə uğraması səhnəsi tamaşaçılari qəzəbləndirib.

Qısa zamanda serialın ssenari müəllifi Səma Ergenekon sosial mediada gündəm olub. İstifadəçilər “Bu səhnəni yazanda utandınmı?”, “Bu səhnə maarifləndirmək əvəzinə bir çox qadını qorxutdu”, “Utanmaz birdə detallarla çəkilib” kimi şərhlər yazılıb.

Qeyd edək ki, “Yargı” serialını baş rollarında Kaan Urgancıoğlu, Pınar Deniz, Uğur Aslan, Uğur Polat və Cezmi Baskın yer alır.

Əfsanə Rəcəb

Manşet.az

 

 



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin