Amerikalı orta məktəb sevgililəri 77 il sonra yenidən qovuşdular

13:59 - 18 Mart 2024

Amerikalı orta məktəb sevgililəri 77 il sonra yenidən qovuşdular

ABŞ-ın Miçiqan ştatında orta məktəb sevgililəri, Coan Blakkan (92) və Bill Hassinger (90) orta məktəbdə yarımçıq qalan sevgi hekayəsini 77 il sonra qaldıqları yerdən davam etməyə qərar veriblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, onlar həyatları boyu tapa bilmədikləri sevgini yenidən bir-birində tapdıqlarını bildiriblər.

92 yaşlı cütlük məktəb illərində yaşadıqları sevgiyə förə hətta məktəb rəhbərliyindən xəbərdarlıq da alıblar.

Bill məzuniyyət mərasimində ona bilərzik hədiyyə edib. Bu sevgidən qalan yeganə xatirə bu olub. Joanne 1949-cu ildə universitetə başlayanda onların münasibətləri bitib. Bill orta məktəbdə tanış olduğu başqa bir qadınla, Coan isə universitetdə tanış olduğu kişi ilə evlənib. Onların hər ikisinin üç övladı var dünyaya gəlib və əlaqələri qalmyıb. Coanın əri 1989-cu ildə vəfat edib. Bill də 2021-ci ildə dul qalıb.

2022-ci ildə Coan qızı Linda ilə köhnə sinif yoldaşlarını axtararkən Bill haqqında düşünüb.  Onunla əlaqə saxlayıb.

Bill həmin görüşdən sonra həyatının necə dəyişdiyini deyib:

“75 il əvvəli xatırladığım kimi deyildi. Lakin illər onun gözlərindəki parıltını və canlı ruhunu azaltmamışdı. Bir-birimizə olan hisslərimizə qayıtdıq. Bu gün biz əvvəlkindən daha çox aşiqik".

Coan isə, “İnanın ya da inanmayın. Bu yaşda bir-birimizə dəlicəsinə aşiqik. Məni qucaqlayıb öpməsini istəyirəm. Eynən gəncliyimizdə olduğu kimi" deyib.

Cütlük birlikdə çoxlu gəzintilərə çıxır, tapmacalar həll edir və kart oyunları oynayır.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin