Bu ölkədə hökumət pulsuz prezervativ paylayacaq

13:34 - 18 Mart 2024

Bu ölkədə hökumət pulsuz prezervativ paylayacaq

İspaniyada hökumət cinsi yolla keçən xəstəliklərlə mübarizə və onların qarşısını almaq üçün gənclərə pulsuz prezervativ paylamağa hazırlaşır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Səhiyyə naziri Monika Qarsiya hökumətin məsələ ilə bağlı qərarını ilk dəfə Senatın Səhiyyə Komissiyasında açıqlayıb.

Qarsiya, cinsi yolla bulaşan infeksiyalarda ciddi artım olduğunu bildirərək, "İnfeksiyanın qarşısını almaq üçün pulsuz peyvənd variantını nəzərdən keçirərkən, prezervativ kimi təsirli bir seçimin ehtiyat tədbirləri arasında olmaması məntiqli deyil" deyib.

Beləki, gənclər sağlamlıq kartları vasitəsilə apteklərdən prezervativ pulsuz əldə edə bilərlər.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin