Xaçmazın icra başçısı "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif edildi - FOTOLAR

12:43 - 18 Mart 2024

Xaçmazın icra başçısı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 2 fevral tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Rzayev Elnur Şahbaz oğlu,  Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz Rayon Komitəsinin sədri Məmmədov Tahir Əliməmməd oğlu,  Rayon Ağsaqqallar şurasının sədri Abasov Məhərrəm Əbilfərz oğlu və Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Mustafayev Əli Rza oğlu "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.


Manset.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev hər üç şəxsə təltif olunduqları medalı təqdim edib. Ziyalılar göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib,  bundan sonrada  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği istiqamətində əzmlə çalışaçaqlarını vurğulayıblar.



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin