"Kəpəz" - "Neftçi" matçında qalib müəyyənləşmədi

16:59 - 9 Mart 2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Kəpəz"lə üz-üzə gəlib.

Tovuz şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb - 3:3. Gəncə təmsilçisində 6 və 62-ci dəqiqələrdə Martins Junior, 47-ci dəqiqədə Elçin Əlicanov fərqlənib.

"Ağ-qaralar"ın hər üç qolunu isə Filip Ozobiç vurub. O, 32, 57 və 77-ci (penalti) dəqiqələrdə fərqlənib.

Xallarının sayını 37-ə çatdıran paytaxt klubu hazırda "Səbail"lə birlikdə 3-4-cü yerləri bölüşdürür. "Kəpəz" 27 xalla 9-cu sıradadır.


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin