Azərbaycanda İLK DƏFƏ - Festivalda avtomobil hədiyyə ediləcək

13:05 - 18 Fevral 2024

Azərbaycanda İLK DƏFƏ - Festivalda avtomobil hədiyyə ediləcək

Azərbaycanda ilk dəfə festivalda avtomobil hədiyyə ediləcək.

 

Manset.az xəbər verir ki, təşkilatçı şirkət olan "Quality Event" dən alınan məlumata görə, belə bir festival Azərbaycanda ilk dəfə təşkil olunacaq. Azərbaycanın əsas ifaçılarının çıxış edəcəyi festivalda yalnız müğənnilərin çıxışı deyil, işıq və səhnə dekoru xüsusi olaraq hazırlanacaq. 

Bundan başqa təşkilatçı şirkət "Quality Event" xanımlarımıza özəl günlərində özəl hədiyyə etməyi qərara alıb.

Bu səbəbdən də elektromobil qazanmaq şansı yaradıb.

Elektromobili qazanmaq üçün heç bir əlavə şərt irəli sürülməyib. 

Sadəcə olaraq bilet alıb festivalda iştirak etmək kifayətdir.

Xatırladaq ki, elektromobil "Quality Event" və MG "Motors Azərbaycan" tərəfindən hədiyyə olaraq təqdim ediləcək.

Biletləri sifariş etmək üçün:

055 538 38 69 

099 539 39 69 



Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin