Rozadan iddialı sözlər: İlhamə Quliyevadan sonra "hegemon" özüməm" - VİDEO

19:40 - 15 Yanvar 2024

Rozadan iddialı sözlər: İlhamə Quliyevadan sonra

"Mənim dünyasını dəyişən İlhamə Quliyeva ilə xasiyyətimizdə oxşar xüsusiyyətlərimiz var. Hətta heqemonluğumuz belə eynidir. Məndə ondan da çoxdur. Amma bir xasiyyəti var ki, mənə heç oxşamır. Amma mənim sözüm ondan da itidir".

 

Manset.az Bizim.Media-ya istinadən  xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Ağanın mətbəxi" verilişində deyib.

"Qılıncını sıyıran" Roza mərhum Xalq artisti İlhamə Quliyevadan sonra şou-biznesin "hegemonu" özüməm deyə, qalmaqallı açıqlama verib.

Zərgərli sənəti və səsi olmayan ifaçıları sərt şəkildə tənqid edib:

"İndi səhnədə müğənnilər arasında hegemon özüməm. Kimsə çıxıb nə isə desin... Nəyə görə deyirəm ki, hegemanam, çünki öz yaşıdlarımın arasında bunu demirəm. Bizdən sonra gələn nəsil üçün bunlar deyilir ki, böyük sənətkarlara hörmətlə yanaşın. 

Rəhmətlik İlhamə Quliyeva həmkarlarına titullar, adlar verirdi və bununla da o "hayp" (reklam - red.) tuturdu. Amma mənim kiməsə titul və ad vermək kimi fikrim, niyyətim yoxdur. Bu sənətdə səsi və sənəti olmayan günlük, aylıq, illik ifaçılar var. Onları bir ildən sonra heç kim yada salmayacaq. Onların bu camiyada söz deməyə haqqı və ixtiyarı yoxdur. Amma bu cümlələrimi eşidib, yerindən sıçrayan o qədər öz yaşıdım olan müğənnilər olacaq ki, deyəcəklər “bu sözləri Roza kimə deyir?” Mənim bu dediklərimi heç birisi o "İQ" səviyyəsində deyillər ki, anlasınlar".


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin