Arda Güler ​​"Real" forması ilə növbəti oyununa çıxdı - VİDEO

09:12 - 11 Yanvar 2024

Arda Güler ​​

İspaniya Superkubokunun yarımfinal matçında "Real Madrid" Səudiyyə Ərəbistanında oynadığı matçda "Atletiko Madrid"i 5-3 hesabı ilə məğlub edərək finala yüksəlib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər veirr ki, Türkiyə millisinin üzvü Arda Güler ​​112-ci dəqiqədə oyuna daxil olub.

"Real"da 20-ci dəqiqədə Antonio Rudiger, 29-cu dəqiqədə Ferland Mendi, 85-ci dəqiqədə Dani Karvaxal, 116-cı dəqiqədə Joselu və 122-ci dəqiqədə Brahim Diaz fərqlənib.

"Kral klubu"ndan 78-ci dəqiqədə Rudigerin avtoqolu rəqib komandanın hesabını 3-ə çatdırıb.

Qeyd edək ki, "Real Madrid"in finaldakı rəqibi isə bu gün saat 23:00-da keçiriləcək "Barselona" - "Osasuna" oyunundan sonra müəyyənləşəcək.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin