"Beşiktaş" Santuşla müqavilə imzaladı

19:00 - 9 Yanvar 2024

Fernandu Santuşun "Beşiktaş"a baş məşqçi təyinatı rəsmiləşib.

 

Manset.az  klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssislə 2024/2025 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 69 yaşlı Santuşun son iş yeri Polşa millisi olub. O, "Portu", PAOK, AEK, "Panatinaikos", "Sportinq", "Benfika" klublarını, həmçinin Yunanıstan və Portuqaliya millisini də çalışdırıb. Portuqaliya millisi Santuşun rəhbərliyi alıtnda Avro-2016-nın qalibi olub.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin