Azərbaycan nefti 80 dolara DÜŞDÜ

09:30 - 9 Yanvar 2024

Azərbaycan nefti 80 dolara DÜŞDÜ

"Azeri Light" markalı Azərbaycan nefti 3 dollardan çox ucuzlaşıb.

 

Manset.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,12 ABŞ dolları, yaxud 3,74 % azalaraq 80,33 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin